Rejissorlar bir arada - "Küsülü deyilik"

Rejissorlar bir arada - "Küsülü deyilik"
1284 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir küsülü olduqları deyilən rejissorlar Nail Naiboğlu və Kənan M.M. məclislərin birində bir araya gəliblər.

Axşam.az-ın məlumatına görə, N.Naiboğlu həmkarı ilə şəkil çəkdirərək hər kəsə küsülü olmadıqlarını sübut edib. O, açıqlamasında bunları deyib:

“Bizim Kənanla aramızda ciddi mübahisələr olmayıb. Nədənsə hamı bizi küsülü hesab edirdi. Sadəcə kamera qarşısında bir araya gəlməmişik. Kənanın həyat yoldaşı Aygün Mahmudovaya mən klip çəkmişdim. Kənanla şəkil çəkdirib hamıya sübut etmək istədim ki, biz küsməmişik”.