Roza Zərgərli komediya filminə çəkilir - "100 kağız"

Roza Zərgərli komediya filminə çəkilir -  "100 kağız"
2601 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərli Şahin Zəkizadənin rejissorluğu ilə komediya janrında lentə alınacaq “100 kağız” adlı filmdə baş rollardan birini canlandıracaq.

Bu haqda Axşam.az-a Ş.Zəkizadənin özü məlumat verib:

“Filmin əsas süjet xətti yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən-ələ keçərək sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır: həkim, yol polisi, müğənni, falçı, molla və başqaları".

Ekran işində həmçinin, xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, aktyorlar Bəhram Bağırzadə, Azər Axşam və digərləri rol alacaqlar.

Filmin əsas çəkilişləri fevralın 1-də başlayacaq. Martın 15-də isə Nizami Kino Mərkəzində təqdimetmə mərasimi keçiriləcək.