"Xanımımı qısqanıram" - etiraf

"Xanımımı qısqanıram" - etiraf
4578 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev həyat yoldaşını qısqandığını etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan ifaçı buna görə xanımı ilə problem yaşamadığını deyib:

“Sevgi olan yerdə qısqanclıq mütləqdir. Bəzən elə olur ki, ifrat dərəcəyə çatır və boşanmaya gətirib çıxarır. Deyirlər nişanlananda qısqanclıq bir az, toydan sonra daha bir az, övladdan sonra isə tamamilə azalır. Amma məncə yalandır. Mən xanımımı hələ də qısqanıram. Ancaq bu, ifrata varacaq qədər deyil. Aramızda əvvəlki kimi sevgi var. Buna görə də qısqanclıq hələ də eyni dərəcədədir”.

Qeyd edək ki, Elvin Abdullayev ATV-də yayımlanan “Şarm” verilişinin rejissoru Afət Abdullayeva ilə ailəlidir. Cütlüyün Tuncay adlı bir oğlu var.