“Heç vaxt belə bir addım atmaram” - Rövşanə

“Heç vaxt belə bir addım atmaram” - Rövşanə
2609 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-in aparıcısı Rövşanə Bektaşi plastik əməliyyata qarşı çıxıb.

Axşam.az-ın məlumatına görə, aparıcı “İncə+” verilişində heç vaxt silikon tərəfdarı olmadığını deyib:

“Qadınlar əks cinsin diqqətini cəlb etmək istəyirlər. Amma kişilər arasında sorğu aparsaq, 80 faizi silikonun tərəfdarı olmayacaq. Gedirlər budlarına, dodaqlarına, sinələrinə silikon qoydururlar. Heç vaxt belə bir addım atmaram. İndiyə kimi heç bir süni gözəllikdən istifadə etməmişəm. Təkcə saçlarıma rəng qoyuram. Süni olan nələrisə üstümdə gəzdirə bilmərəm. Hətta illərdir eyni saç düzümündəyəm. Süni saç belə qoydurmuram. Mən üstümdə yad nə iləsə yata bilmərəm”.