Bu səhnələr tamaşaçıları özündən çıxardı - fotolar

Bu səhnələr tamaşaçıları özündən çıxardı - fotolar
8269 dəfə oxunub
  • A-
  • A
  • A+
Üç il əvvəl dünyasını dəyişən amerikalı müğənni Uitni Hyustonun həyatından bəhs edən “Uitni” filmi izləyiciləri əsəbləşdirib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ekran işində narkotikdən istifadə və seks səhnələrinin çox olması tamaşaçılar tərəfindən bəyənilməyib.

Angela Bassetin rejissorluğu ilə çəkilən filmdə U.Hyustonun müğənni-şair Bobbi Braunla ailə həyatından bəhs olunur. Müğənninin obrazını aktrisa Yaya DaKosta canlandırıb. Bobbi rolunda isə aktyor Arlen Eskarpeta çəkilib.

Qeyd edək ki, Uitni Hyustonun Bobbi Braunla evliliyindən Kristina adlı bir qızı var. Bobbi sənətçini narkotik istifadəsinə öyrəşdirməkdə günahlandırılırdı. "I'll Always Love You" (“Mən həmişə səni sevəcəm”) mahnısı ilə daha çox şöhrət qazanan Uitni 48 yaşında dünyasını dəyişib.