Türk ulduzların qonaq olduğu yerli şou yayıma başlayır - fotolar

Türk ulduzların qonaq olduğu yerli şou yayıma başlayır -  fotolar
3201 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə lentə alınan “Körpü show”nun təqdimat mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, verilişin aparıcısı və layihənin müəllifi Aynur Hacıyeva proqramla bağlı məlumat verib:

“Hər zaman belə bir layihə arzulayırdım. İstəyirdim elə bir veriliş olsun ki, möhür vursun. Əvvəl Bakıda çəkməyi planlaşdırırdıq. Sonra düşündük ki, türkiyəli ifaçıları buraya gətirib onların kaprizinə dözmək asan deyil. Verilişin baş rejissoru Kamal Başbuğdur. Layihə Türkiyədə notariusda qeydiyyata alınıb. Verilişdə türk sənətçi qonaqlarımıza Azərbaycan mahnıları oxutdurur, rəqs etdiririk. Bu, yerli sənətçilərimiz üçün də bir şans olacaq. Qardaş ölkədə tanınmaq imkanı əldə edəcəklər. Bu günə kimi verilişin dörd buraxılışını lentə almışıq: Zamiq Hüseynov – Yusif Güney, Samira Allahverdi – Linət, Xəyyam Nisanov – Gökhan Türkmən, Aygün Kazımova – Kərəmcəm. Proqram “Xəzər” telekanalında yayımlanacaq. Türkiyə telekanallarından da verilişi istəyiblər. Ola bilsin ki, orada da yayıma başlasın”.

Qeyd edək ki, “Körpü show”nun ilk buraxılışı fevralın 2-də saat 23:00-da efirə gedəcək.

Foto: Rəşad ABBASOV