Dahilərin uğur haqda aforizmləri

Dahilərin uğur haqda aforizmləri
14228 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər birimiz istənilən bir işə uğur qazanmaq məqsədilə başlayırıq.

Axşam.az uğur haqda dahilərin aforizmlərini təqdim edir.

Teodor Ruzvelt - harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.

Sartr - insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir.

Ben Svitland - uğur gedilən yoldur, çatdığın məkan deyil.

Mark Tven - insan əxlaqı kitablardan yox, təcrübələrdən öyrənir. Uğurun sirri işi bayrama çevirməkdir.

Tomas Edisson - edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik.

Lev Tolstoy - Uğurun asılı olduğu yeganə şərt səbrdir.

Lao Szı - min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır.

Şarlotta Bronte - xoşbəxt olmaq qabiliyyəti elə özümüzdən asılıdır.

Zərdüşt - Başqaları xeyrinə yaxşı iş görmək vəzifə deyil, zövqdür. Çünki sizin sağlamlığınızı və səadətinizi artırır.

Çin atalar sözü - Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir.

German Martin - məğlubiyyətə uğrayanda ümidsizliyə qapanma. Hər uğursuzluqda bir qələbə arzusu yatır.

Sent Ekzüperi - Uğursuzluqlar güclülərə daha da güc verir.

Andre Jid - yaxşı başlanğıc uğurun yarısıdır.

Jül Renar - bəxtəvər o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirib.

Benjamin Dizraeli - hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik olmaz.