“Vaqif Səmədoğlu uzaq yaşıl ada oldu” - fotolar

“Vaqif Səmədoğlu uzaq yaşıl ada oldu” - fotolar
2229 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu xəbəri sizdən eşitdim. Çox pis oldum. Həmin dəqiqə Vaqif Səmədoğlunun sözlərinə oxuduğum mahnılar yadıma düşdü. Mahnılardakı o sözlər yadıma düşdü… "Halıma yanan gərək"… İndi mənim halıma yanan gərək. "Uzaq yaşıl ada"… İndi Vaqif Səmədoğlu bizim üçün uzaq yaşıl ada oldu. Onu sevənləri, istəyənləri o indi uzaq yaşıl adada gözləyəcək”.
 
Axşam.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova deyib.

Onun sözlərinə görə, Vaqif Səmədoğlu istedadı və insanlığı ilə nümunə ola biləcək nadir şəxsiyyətlərdən idi:

“Xatırlayıram, o mənim xahişimlə “Özünlə apar” şeirini yazmışdı. Sonra şeirlərə musiqi də bəstələndi. Və onu ifa etdim. İndi o mahnı mənim qəlbimdədir. Dahi insanları necə xatırlayarlar? O nadir insanlardan idi ki, yaradıcılığı ilə xasiyyəti bir-birinə uyğun idi”.
 
Qeyd edək ki, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən, müalicəsini ölkə başçısının tapşırığı ilə İsraildə davam etdirən xalq yazıçısı Vaqif Səmədoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

teleqraf.com