Dilarə təqdimata hazırlaşır

Dilarə təqdimata hazırlaşır
961 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovadan təzə xəbər var.

Axşam.az-ın məlumatına görə, “Yeni gün” verilişinin qonağı olan ifaçı ara verdiyi yaradıcılığına qayıtdığını deyib:

“Xaricdə yeni albom hazırlayıram. Bir həftə sonra Bakını tərk edəcəm. Fevralda klip və albomla qayıdıb təqdimat keçirəcəm. Çox böyük layihələrim var. Azərbaycanda akustik bir mahnı hazırlayıram. Hazırda məşqlər gedir. Eyni zamanda heyvanların müdafiəsi üçün xeyriyyə işi görürəm. Fevralda bununla bağlı daha bir konsert olacaq. 65 evsiz itə yer təşkil edilib. İnsanlardan bu işdə vicdanlı olub bizə kömək etmələrini istəyirəm. İnsanlıq göstərmək lazımdır”.