Motosiklet İradənin ailəsində dava salıb

Motosiklet İradənin ailəsində dava salıb
7984 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İradə İbrahimova ailəsində yaranan narazılığı dinc yolla aradan qaldırdığını deyib.

Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişinə açıqlama verən sənətçi həyat yoldaşı Ceyhunun motosiklet sevgisi üstündə davalarının düşdüyünü bildirib:

“Yoldaşım motosiklet aldı. Bu, bizim ailədə böyük problem yaratdı. Türkiyədə buna “şeytan maşını” deyirlər. Eşidəndə sərt reaksiya verdim. Dalaşdım, narazılığımı bildirdim, səs-küy saldım. Gördüm ki, qayınanam sakit yolla onu başa saldı. Başa düşdüm ki, mənim hələ öyrənməyə çox şeyim var, tərbiyələnməliyəm. Çünki mən ona deməliydim ki, xahiş edirəm olmasın. İndi öyrənmişəm. Narazılığımı sakit izah etməyə çalışıram. Ona görə də, daha ailəmizdə dava olmur”.