Yenidən oxumağa başladı – audio

Yenidən oxumağa başladı – audio
1590 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Pərviz Mahmudov uzun fasilədən sonra yenidən oxumağa başlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Canımda cansan” adlı mahnısını səsləndirib. Bəstənin sözləri Aygün İsmayılovaya, musiqisi ifaçının özünə aiddir.

Təəssüratlarını bölüşən P.Mahmudov bundan sonra tez-tez yeni mahnılar təqdim edəcəyini bildirib:

“Bu mahnını ilk dəfə öz toyumda ifa etdim. Toya üç gün qalmış hazırlamışdım. Əvvəl onu yalnız toyda oxumağı nəzərdə tutmuşdum. Sonra sosial şəbəkələrdə mahnıdan bir parça yayıldı, hamı soruşmağa başladı. Mən də ifamı təqdim etməyi qərara aldım. Dinləyicilər hər zaman bəstələrimi basqa müğənnilərin ifasında eşidib. Mənim oxumağımı da eşitmək istəyənlər az deyil. Ona görə də bundan sonra tez-tez dinləyicilərimi sevindirəcəm".

Qeyd edək ki, P.Mahmudov “Yeni ulduz” müsabiqəsinin iştirakçısı olub. O, uzun müddət müğənniliyə ara verib bəstəkarlıqla məşğul idi.