Daha bir azərbaycanlı "O səs Türkiyə"ni tərk etdi - video

Daha bir azərbaycanlı "O səs Türkiyə"ni tərk etdi - video
2208 dəfə oxunub
  • A-
  • A
  • A+

"O səs Türkiyə" yarışmasında "Çarpaz duellər" başlayıb.

Axşam.az-ın xəbərinə görə, yeni mərhələnin ilk günündə Cənubi Azərbaycandan olan iştirakçı Yaser Ehsan səhnəyə çıxıb.

Gökhan Özoğuzun komandasında yarışan Yaser Cem Karacanın repertuarından "Dadaloğlu" parçasını səsləndirib. Tamaşaçı səsverməsində o, Mazhar-Özkan cütlüyünün təmsilçisi Ceydaya qarşı yarışıb.

Sonda çox az səs faiziylə geridə qalan həmyerlimiz yarışmanı tərk edib.

Qeyd edək ki, “TV8” kanalında Acun İlıcalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alıblar.