Aygün Kazımova küsülü olduğu müğənni ilə barışdı - ad günündə

Aygün Kazımova küsülü olduğu müğənni ilə barışdı - ad günündə
8304 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən 44 yaşını qeyd edən xalq artisti Aygün Kazımova ad günü məclisinə əməkdar artist Elza Seyidcahanı da dəvət edib.

Axşam.az xəbər verir ki, uzun müddətdir küsülü olan ifaçılar bir araya gələrək barışığa imza atıblar.

Elza Aygün Kazımovaya “Ay və Gün” formasında çiçək dəstəsi hədiyyə edib.

Xatırladaq ki, ilk barışıq addımı dünən E.Seyidcahan tərəfindən atılıb. Əməkdar artist sosial şəbəkədə həmkarını təbrik edib, onun ünvanına təriflər yağdırıb. Müğənnilərin küsməsinə səbəb isə A.Kazımovanın məclislərdən birində kəsdiyi tortun dilimlərindən E.Seyidcahandan başqa hər kəsə verməsi olmuşdu.

Foto: Rəşad ABBASOV