Nejat İşlər "yox" dedi

Nejat İşlər "yox" dedi
1554 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor Nejat İşlərə Türkiyədə yayımlanan "Karagül" serialından dəvət gəlib.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, müğənni Özcan Dənizin ardından həmkarı Yavuz Bingölün də ayrıldığı seriala yeni obraz daxil olacaq.

Kənan adlı surəti canlandırmaq üçün rejissor Şükrü Avşar Yavuz Bingölün də məsləhətiylə N.İşlərə təklif göndərib. Ancaq aktyor sağlamlıq problemlərinə görə, serial həyəcanının öhdəsindən gələ bilməyəcəyini söyləyib.

Bundan sonra, həmin rol üçün aktyor İbahim Kendirci ilə anlaşılıb.