Azərbaycanlı qardaşların "O səs Türkiyə"də növbəti qələbəsi - video

Azərbaycanlı qardaşların "O səs Türkiyə"də növbəti qələbəsi - video
2718 dəfə oxunub
  • A-
  • A
  • A+

"O səs Türkiyə" yarışmasının "Birə bir" mərhələsində Azərbaycandan qatılan iki qardaş Varis və Ceyhun Əkbərov səhnəyə çıxıblar.

Axşam.az-ın məlumatına görə, qardaşlar komanda yoldaşları Mustafayla yarışıblar.

Varis və Ceyhun Oğuzxan Koçun repertuarından "Ben hala rüyada" mahnısını oxuyublar.

Komanda rəhbəri olan Hadisə bu dəfə də həmyerlilərimizi qalib elan edib.

Qeyd edək ki, Acun İlicalının aparıcılığı ilə Türkiyənin "TV8" telekanalında yayımlanan proqramın münsiflər kürsüsündə Hadisə, Ebru Gündeş, Gökhan Özoğuz, Mazhar Alanson və Özkan oturub.