Azərbaycan filminin növbəti uğuru

Azərbaycan filminin növbəti uğuru
1067 dəfə oxunub
  • A-
  • A
  • A+
“Nabat” filmi növbəti uğurunu qazanıb.

Axşam.az-ın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən film Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatına layiq görülüb.
 
Mükafat C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub. Film festivalın əsas müsabiqə proqramında yer alıb.

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru E.Musaoğludur.

Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.