Dünya şöhrətli müğənni vəfat etdi

Dünya şöhrətli müğənni vəfat etdi
2014 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli yunan müğənni Demis Russos 68 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ifaçının ölüm səbəbi açıqlanmır.

Karyerasına 17 yaşında başlayan Demis əslən Misirdəndir. 60-cı illərdə şöhrəti hər yerə yayılan müğənni “Forever and ever” (“Əbədi və həmişəlik”), “Goodbye my love, goodbye” (“Əlvida, sevgilim, əlvida”) kimi məşhur mahnıların ifaçısıdır. Sənətçinin albomları dünya miqyasında 60 milyondan çox satılıb.

Demis Russosun 3 evliliyindən 2 uşağı var - qızı Emili və oğlu Siril.