Nərgiz Paşayeva Rusiyada diploma layiq görülüb - foto

Nərgiz Paşayeva Rusiyada diploma layiq görülüb -  foto
1052 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasında görkəmli xidmətlərinə görə MDU-nun Fəxri professoru diplomuna layiq görülüb.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, fəxri diplom N.Paşayevaya yanvarın 26-da Rusiyanın paytaxtında Moskva Dövlət Universitetinin 260 illik yubileyinə həsr olunmuş təntənəli iclasda təqdim edilib.