Məşhur milyarder prezidentliyə namizəd olacaq

Məşhur milyarder prezidentliyə namizəd olacaq
992 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikalı milyarder, “Trump Organization”-nın rəhbəri Donald Tramp gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürəcək.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 68 yaşlı milyarder “Mən yeganə adamam ki, bu ölkəni yenidən gücləndirə bilərəm” açıqlamasını verib.

Maqnat deyib ki, prezident seçilərsə, ölkədə yeni iş yerlərinin açılması, büdcə kəsirinin ixtisarının aradan qaldırılması, nüvə silahından müdafiənin gücləndirilməsi istiqamətində işlər görəcək.

Qeyd edək ki, Donald Tramp 2000-ci ildə də bu posta namizədliyini irəli sürmüşdü. Donald Tramp iş adamı olmaqla yanaşı, “Namizəd” realiti-şousunun prodüseri, “Emmi” mükafatının namizədi, “Kainat gözəli” yarışmasının təşkilatçısıdır.

Onun fotomodel İvana Trampla nikahından Donald, İvanka, Erik; Marla Meyple ilə evliliyindən isə Tifanni adlı övladları var. Milyarder hazırda Melanye Knauss-Trampla ailəlidir və cütlüyün Berron Uilyam adlı bir oğlu var.