"Türkiyədə mənə həmişə yaşıl işıqdır"

"Türkiyədə mənə həmişə yaşıl işıqdır"
2345 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aygün Mahmudova türkiyəli ifaçı Bülənt Ərsoyla duet oxuyacaq.

Axşam.az-ın məlumatına görə, o, bu haqda “Onlar” verilişinə açıqlamasında deyib. Sənətçi Türkiyə şou-biznesinə dəvət olunduğunu da söyləyib:

“Bülənt Ərsoyun sənətini çox sevirəm. Onunla duetimiz olacaq, amma səhhəti ilə bağlı gecikir. Hər an Türkiyə şou-biznesinə gedə bilərəm. Çünki dəvətlər çox olur. Bu gün getsəm, yenə də mənə yaşıl işıqdır. Çünki mən orada sevildim, qəbul edildim. Amma Türkiyədə yaşamaq çətindir. Gərək övladlarım, həyat yoldaşım yanımda olsun. Bu isə qeyri-mümkündür. Yoldaşım (rejissor Kənan M.M. – red.) işini atıb mənimlə necə getsin? Gedib-gəlmək isə alınmır, uşaqlar ortada qalır. Belə ailə olmur”.