“Mənə gül əvəzinə, bahalı daş-qaşlar alın” - Ayan

“Mənə gül əvəzinə, bahalı daş-qaşlar alın” - Ayan
3107 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva qızı Selenaya ad günü keçirmək istəyir.

Axşam.az-a açıqlama verən ifaçı 1 yaşı olacaq övladının özündən məşhur olduğunu deyib:

“Selenanın adına İnstaqramda səhifə açmışam. O, indi məndən məşhurdur. Övladımın ad gününə az qalıb. Qeyd etməyi düşünürəm. Əgər keçirsəm, medianın çəkilişinə də icazə verəcəm. Məndə elə xüsusiyyət yoxdur ki, əvvəlcə dəvət edib sonra çəkilişə icazə verməyim. Mən mediaya hörmətsizlik etmərəm”.

Ayan geyimlərinə çox pul xərclədiyini bildirib:

“Klip təqdimatına geyindiyim libası “Dior”dan almışdım. Paltarlarıma çox pul xərcləyirəm. Buna görə kim məni qınayır-qınasın. Heç vecimə də deyil. Əsas odur ki, gözəl görünüm. Sevənlərim məni hər zaman baxımlı görsünlər. Mən anadangəlmə “kraliçayam ”.

Müğənni “Səndən sonra” adlı mahnısının klip təqdimatında ona göndərilən hədiyyələrdən də danışıb:

“Güllərdən birinin üstündəki kağıza “Məndən çox uzaqda olsan belə, sən həmişə mənimləsən. Bir-birimizin ürəyindəyik" sözləri yazılıb. Kim olduğunu bilmirəm. Mən ucuz gül hədiyyələrini sevmirəm. Deyirəm ki, mənə onun əvəzinə brilyant, bahalı daş-qaşlar alın”.