İradəni özündən çıxardılar: "Xortdana oxşayırsan"

İradəni özündən çıxardılar:  "Xortdana oxşayırsan"
5604 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İradə İbrahimovaya sosial şəbəkədə yazılan rəylər onu özündən çıxarıb.

Axşam.az xəbər verir ki, sənətçi “Onlar” verilişinə açıqlamasında bu sözlərdən dəhşətə gəldiyini bildirib:

“Sosial şəbəkədə yazırlar ki, çox arıqlamısan, “Xortdana oxşayırsan”… Həmcinslərimin mənə belə sözlər yazmasından dəhşətə gəlirəm. O qadının cəmiyyətə verə biləcəyi övlad necə olacaq? Gəlsin üzümə desin, görüm bacarır? Mənə tərif, alqış yağdırmağınızı istəmirəm. Səhnədə ora-buramdan ət sallanmaqdansa, elə arıq olum. Başqaları efirə o cür çıxır, amma belə olmaz. Geyimlərimi açıq hesab etmirəm. Səhnədə belə geyinməyib harada geyinəcəm? Həyat yoldaşım heç vaxt libaslarıma qarışmır. Ona qısqanmağa səbəb vermirəm. Nəyisə bəyənməyəndə deyir: “Sənə belə rahatdır?”. Artıq başa düşürəm ki, xoşlamır. Heç vaxt imkan vermirəm ki, mənə irad tutsun. Geyimlərimi özəl brendlərdən alıram. Bakıya gəlməzdən əvvəl Türkiyədə bir çox məşhurun seçdiyi brenddən alış-veriş etdim. İstəyirəm burada hər çəkilişə fərqli libasda çıxım”.

İ.İbrahimova aksesuarlarının eksklüziv olduğunu deyib:

“Bunları Türkiyədən almışam. Mağazada satışda yoxdur. Ancaq kataloqla sifariş edilir”.