Ajda Pekkan geyimini Brillianta hədiyyə etdi – foto

Ajda Pekkan geyimini Brillianta hədiyyə etdi –  foto
3915 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Ajda Pekkanla bir araya gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında Ajdanın ona gözəl libas hədiyyə etdiyini bildirib:

“Bir ay əvvəl ad günündə bir araya gəldik. Dedim, sizin bir libasınızı çox bəyəndim. Hansı olduğunu soruşdu. Təsadüfən həmin paltarı yanında gətirmişdi. Mənə hədiyyə etdi. Ajda Pekkanın səsinə, sənətinə heyranam. Onun evində qonaq olmuşam. Pianoda bir mahnısını ifa etdim. Sonra özü “Kimlər gəldi” mahnısını oxudu. Məni ağlamaq tutdu, atam yadıma düşdü. Ajda əsl müğənnidir”.