Bəyazdan evlilik xəbərinə açıqlama

Bəyazdan evlilik xəbərinə açıqlama
1476 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli şoumen Bəyazid Öztürk evlənəcəyi haqda yayılan xəbərlərə açıqlama verib.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, şoumen yazılanların yalan olduğunu deyib:

“Haqqımda yazıldı ki, guya evlənirəm. Üstəlik, evimi də 4 milyon avroya satmışam. Sağ olsunlar, təşəkkür edirəm. Bunları öyrənməyim öz adıma yaxşı oldu. Media olmasa, evlənəciyimdən xəbər tuta bilməyəcəkdim. Guya evimi də satmışam. Halbuki mən kirayədə qalıram”.