Milyarder tanınmış modelə 100 min dollarlıq hədiyyə etdi

Milyarder tanınmış modelə 100 min dollarlıq hədiyyə etdi
1925 dəfə oxunub
  • A-
  • A
  • A+

"Victoria’s secret"in keçmiş modeli Miranda Kerr artıq Yeni il hədiyyəsini alıb.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, müğənni Castin Biber və aktyor Orlando Blum arasında mübahisələr açan model hazırda heç kimlə birgə olmadığı üçün əks cinsinin diqqətindədir.

Avstraliyalı gözəlin yeni aşiqi olduğu deyilən milyarder Ceyms Parker ona 100 min dollar dəyərində hədiyyə göndərib. Mənbə bildirir ki, "hər bir qızın xəyalı ola biləcək bu hədiyyə" qızıl sırğa və brilliantdan ibarətdir.
 
Yay tətilində də milyarderlə bir yerdə istirahətdə olan model keçmiş əri Orlanda Blumla da dost kimi əlaqə saxlayır. O, Yeni ildə bayramı keçirmək üçün bir araya gələcəklərini qeyd edib. Bu barədə Orlanda da məşhur aparıcı Ellenin verilişində fikir bildirib:

"Biz ailəyik və həmişə bir birimizi dost kimi sevəcəyik. Həyatda həmişə dost olacağıq. Oğlumuz Flinn üçün də bu vacibdir".

Qeyd edək ki, 2010-cu ildə evlənən cütlüyün bir oğlu var. 2013-cü ildə isə onlar ayrıldıqlarını elan ediblər.