İrəvanda təyyarədən məcburi endirilən azərbaycanlı danışdı - video

İrəvanda təyyarədən məcburi endirilən azərbaycanlı danışdı - video
3082 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Ukrayna Hava Yollarına məxsus göyərtəsində 25 azərbaycanlının da olduğu Kiyev-Tiflis reysini həyata keçirən təyyarə Irəvanda məcburi eniş edib.

Buna təyyarədə yaranmış nasazlıq səbəb olub. Irəvan aeroportunda təyyarədən düşmək istəməyən azərbaycanlılar Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təyyarədən endirilərək gözləmə zalına aparılıblar.

Burada azərbaycanlılara pasportlarına sərhəd keçid məntəqəsində möhür vurularaq quru yolu ilə Gürcüstana getmək təklif olunub.Azərbaycanlıların təkidindən sonra onlara təyyarənin təmirini gözləmək məsləhət görülüb.Uzun müddət aradan sonra onlar təyyarə ilə Tiflisə yola salınıblar.

Axşam.az-ın məlumatına görə, Təyyarədə olan Kiev Milli Aviasiya Universitetinin azərbaycanlı tələbəsi, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının üzvü Səfərəli Babayev Diaspora TV-ə müsahibəsində 25 azərbaycanlının başına gələnləri danışıb.