"5 qəpik etməyən insanlar üçün dəyməzdi" - Turabi

"5 qəpik etməyən insanlar üçün dəyməzdi" - Turabi
2339 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yayımlanan "Survivor" yarışmasının son çempionu Turabi Camkıran fanatlarıyla görüşüb.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, xüsusi ilə, uşaqların böyük maraq göstərdiyi görüşdə balacalar alış-veriş mərkəzinə bir neçə saat qabaq gəliblər.

Turabi "evlənəcəyiniz qız necə olmalıdır" sualına "əvvəl ona qanım qaynamalıdır, sonra isə anam Məryəm Sultan nə deyərsə, odur" cavabını verib.

O, yarışmada ən çox Ərtunqa və Mügeni sevdiyini söyləyib.

"Survivor"da aqressiv davranışlarıyla diqqət çəkən yarışmaçıya balaca fanatlarının "sanki onları döymək istəyirdiniz, amma bu baş vermədi" cümləsinə isə belə reaksiya verib:

"5 qəpik etməyən insanlar üçün, 500 min lirədən (170 min manat) keçməyə dəyməzdi. Ona görə dözürdüm".

Keçən mövsümün qalibi qələbə qazanmasında əsas səbəb kimi, xalqın onu təbii davranışına görə sevdiyini göstərib.