Türkiyədə daha bir serial bağlanır

Türkiyədə daha bir serial bağlanır
6893 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə daha bir serial reytinq qurbanı olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kanal D-dən böyük ümidlərlə Star TV-yə transfer olunan "Urfalıyam Ezelden" serialı sona çatır.

Seriala reytinq qazanmaq üçün ikinci dəfə şans verilsə də, aqibəti yenə də dəyişməyib.

Baş rollarında Bülent İnal, Öykü Gürman, Settar Tanrıöğen və Dolunay Soysert oynayan "Urfalıyam Ezelden" bu həftə tamaşaçılarla sağollaşacaq

Serialı çəkən şirkət "Gold Film" də xəbəri təsdiqləyib.