Hava şəraiti dəyişəcək

Hava şəraiti dəyişəcək
1875 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün günortadan başlayaraq, Azərbaycanda hava şəraiti qısa müddətə dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq, ölkə ərazisində hava şəraiti küləkli olacaq. Günün ikinci yarısında cənub-qərb küləyi artıq şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə və səhər külək arabir güclənəcək. Sabah günün ikinci yarısında külək artıq mülayimləşəcək. Ölkə ərazisində havanın temparturunun əsasən sabah enəcəyi, dekabrın 24-dən isə temperaturun yenidən yüksələcəyi gözlənilir.

Dekabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Hava günün ikinci yarısında dəyişkən buludlu olacaq. Gecə şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında külək nisbətən mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 3-5, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində sabah havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təşkil edəcək.