"İnanın, qara qəpik də almıram" - əməkdar artist

"İnanın, qara qəpik də almıram" - əməkdar artist
2012 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mehriban Xanlarova “Günaydın” verilişində sənətkara düzgün qiymət verilməməsindən şikayət edib.

Axşam.az-ın məlumatına görə, aktrisa onu yaşadan amilin tamaşaçı sevgisi olduğunu deyib:

“Mən başqa bir ölkədə bu cür peşəkar, güclü bir aktrisa olsaydım, mənim indi hər şeyim var idi, əl üstündə gəzirdim. Verilişlərdə çox oluram, camaat elə bilir ki, mənə orada xüsusi maaş verilir. İnanın, mən proqramlardan qara qəpik də almıram. Biz istəyirik ki, sənətkar ölüb getdisə, daha onu xatırlamayaq. Sizi inandırım ki, 3-4 ay heç bir yerdə görünməsəm, məni kimsə axtarmaz. Bu lap da onlara sərf edər ki, Mehriban olmasın, bizim yolumuzu kəsir. Məni yaşadan tamaşaçıların sevgisidir”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün saat 14:25-də “Space” kanalında yayımlanır.