Nərgiz Paşayeva həyat yoldaşı və qızı ilə konsertdə - fotolar

Nərgiz Paşayeva həyat yoldaşı və qızı ilə konsertdə -  fotolar
5269 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 19-də ÜNS teatrının səhnəsində amerikalı pianoçu Endryu Taysonun konserti baş tutub.

Axşam.az-ın məlumatına görə, Endryu Tayson Cin Bahauer adına beynəlxalq müsabiqənin eləcə də, Young Concert Artists International Auditions-2011 müsabiqəsinin qalibi, eləcə də Terence Judd - Hallé Orchestra Prize, John Browning Prize, Brownville Concert Series və Lidse Beynəlxalq mükafatının sahibidir.

Konsertdə tamaşaçılar arasında professor Nərgiz Paşayeva, həyat yoldaşı, tanınmış rəssam Altay Sadıqzadə, qızı Aida Mahmudova da yer alıb.

Qeyd edək ki, ÜNS Yaradıcılıq səhnəsi tərəfindən təşkil olunan klassik konsertlər silsiləsi dekabr ayı ərzində keçirilib. Konsertlər dekabrın 20-də Azərbaycan Dövlət Filarmoniyasında dirijor Rauf Abdullayevin rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik orkestinin, pianoçu Murad Adıgözəlzadənin və Endryu Taysonun çıxışı ilə yekunlaşıb.

Mənbə: buro247.az