“250 min borca düşdüm”

“250 min borca düşdüm”
2623 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Elməddin Cəfərov 250 min manat borca düşüb.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “Düzünü desək” verilişində deyib:

“6 il bundan əvvəl depressiyaya düşdüm. Çox ağır idi. Bir dostum qohumumdan ev almışdı. Mənim adım hallandı. Ev tikilmədi, pulu qaytara bilmədilər, adamı tutdular. Dostum da dedi mənlik deyil, qaçdı. Mənim üstümdə qaldı. O zaman da pulum yox idi. Ailədə hamı məndən üz döndərdi. Düşündüm öz evimi satım. Onda kirayədə qalırdım, aldığım ev hələ hazır olmamışdı. Maraqlandım ki, öz evimlə bağlı da məni aldadıblar. Evdə demədim. Başqa yerdə ikinci işə düzəldim. Əslində birinci iş yerimdən icazə vermirdilər. Məhkəmə tərəfindən 30 min manat cərimələndim. İşdən çıxdım, ora da məni məhkəməyə verdi, 30 min də oradan cərimə olundum. Borcum 250 minə çatdı. Dəhşətlisi də odur ki, mən ssenari yazmalı, camaatı güldürməliydim. Digər tərəfdən aktyorlar çıxıb məni tənqid edirdilər, onlarla mübarizə aparmalıydım. Gecə ağlayır, gündüz gülməli ssenari yazırdım. Amma Allaha inandım, oxudum, hər şey düzəldi, ev də aldım, maşın da. Çoxlu mütaliə etdim. Elə bilirdim heç vaxt depressiyaya düşmərəm. Amma bu yaxınlarda dostuma görə yenə depressiyaya düşdüm. Çıxış yolu inamdır”.