Kərim: “İntihar etdim, dispanserdə yatdım”

Kərim: “İntihar etdim, dispanserdə yatdım”
1583 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov özü ilə bağlı etiraflar edib.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan ifaçı bir vaxtlar intihara cəhd etdiyini deyib:

“O qədər həyatımdan razıyam ki, depressiyaya düşən deyiləm. Amma 6 il əvvəl depressiyaya elə düşdüm ki, canıma qəsd etməyə çalışdım. 12 illik dostum evə pəncərədən girərək məni xilas etdi. Ona görə indi mənə qarşı səhv hərəkət etsə də, onu bağışlayıram. Birinci düşündüm ki, bıçaqla özümə qəsd edim. Sonra gördüm ürəyim gəlməz. Qərar verdim ki, dərman atım, oyanmayım. 8 dənə yuxu dərmanı atdım, yuxuya getdim. Bir də ayıldım ki, üzümə su tökürlər. Məni şər-böhtan depressiyaya saldı. Bayıra çıxanda elə bilirdim mənə söz atırlar. Dərmandan sonra 6 ay əsəb dispanserində yatdım. Başqa çarəm qalmamışdı. Evdəkilərin də xəbəri yox idi. Oradan çıxandan sonra Türkiyəyə getdim, 1 il orada yaşadım ki, hər şeyi unudum”.