Putinin "sevgilisi" cangüdənlərlə gəzir - foto

Putinin "sevgilisi" cangüdənlərlə gəzir - foto
5435 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı şoumen Aleksandr Belov sosial şəbəkədə mühafizəçilər dəstəsinin kortejinin fotosunu paylaşıb.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şoumen həmin şəklin prezident Vladimir Putinin sevgilisi olduğu deyilən gimnast, Dövlət Dumasının deputatı Alina Kabayevanın çay içməyə yollandığı kafenin yaxınlığında çəkildiyini qeyd edib. A.Belov vurğulayıb ki, A.Kabayeva təhlükəsizliyindən ehtiyat etdiyi üçün cangüdən dəstəsi ilə gəzir.

Qeyd edək ki, ilin əvvəlində Vladimir Putinin Alina Kabayeva ilə ailə qurması xəbərləri yayılmışdı. Gimnast yazılanları şayiə adlandıraraq, özünün Putinin “sevimli qadını” olduğunu söyləmişdi.