“Onu anama görə məhkəməyə verdim”

“Onu anama görə məhkəməyə verdim”
2631 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova ifaçı Əli Mirəliyevlə olan məhkəməsində qalib gəlib. 

Axşam.az-ın məlumatına görə, ifaçı “Gün üzü” verilişində Ə.Mirəliyevi anasına görə məhkəməyə verdiyini deyib: 

“Haqqımda çox danışdı. Məhkəməyə verdim və uddum. Sonra efirə çıxıb üzrxahlıq etdi. Yanımda oturub, yenə deyir Rəqsanə oxuya bilmir. Sənə nə var? Mənə xalq qiymət verib. Mən onun üzrxahlığını qəbul etmədim. Əli Mirəliyevi anama görə məhkəməyə vermişəm. Aramızda söz-söhbət olanda Azərbaycanda deyildim. Anamın 67 yaşı var, şəkər xəstəsidir. Bu xəstəlikdən əziyyət çəkənlər əsəbi olurlar. Əli Mirəliyev efirdə danışanda rəfiqələrim anama zəng vurublar ki, Rəqsanə niyə onun cavabını vermir, qorxur? Anam ağlaya-ağlaya mənə zəng etdi ki, kişi kimi qadınsan niyə onun cavabını vermirsən? Valideynlərim niyə mənə görə utanmalıdırlar ki? Mən xoşbəxt insanam, sənətə gəldiyim gündən gündəmdəyəm. Aylarla efirə çıxmasam, burada olmasam da haqqımda danışılır”.