Xalq artistləri prezidentə məktub ünvanlayıb

Xalq artistləri prezidentə məktub ünvanlayıb
3115 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın Xalq artistləri - Gülyaz və Gülyanaq Məmmədovalar dövlət başçısı İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb.

Axşam.az-ın “report”a istinadən xəbərinə görə, onlar məktubda respublikanın “Xalq artisti” fəxri adına layiq görülmələri ilə əlaqədar Prezidentə təşəkkür ediblər.

“Sizə minnətdarlıq edir, Azərbaycan incəsənətindəki fəaliyyətimizi yüksək qiymətləndirdiyiniz üçün dərin təşəkkürümüzü bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə apardığınız böyük işdə tükənməz qüvvət arzulayırıq”, - məktubda bildirilib.

Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi münasibətilə Prezidentə məktub ünvanlayıb.

“Böyük ailəmin sevincinə səbəb olan Sərəncamınız ilə əlaqədar sevincimi Sizinlə bölüşür və buna görə Sizə dərin minnətdarlığımı bildirirəm”, - R.Əzizbəyli məktubunda bildirib.