“Bu, Fəxrəddin Manafovun əməyidir” – Zülfiyyə Xanbabayeva

“Bu, Fəxrəddin Manafovun əməyidir” – Zülfiyyə Xanbabayeva
1643 dəfə oxunub
  • A-
  • A
  • A+

“25 ildir kamera ilə işləyirəm, amma yenə də çəkinirəm”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Onlar” verilişinə açıqlamasında xalq artisti Zülfiyyə Xanbabayeva deyib. Z.Xanbabayeva klipinə çəkilən xalq artisti Fəxrəddin Manafovun ona kamera qarşısında necə davranmağı öyrətdiyini bildirib:

“Fəxrəddin Manafovla işləmək yüngül deyil: o, peşəkardır. İş prosesində çox sadə və səmimi idi. Çəkiliş zamanı mənə bəzi şeyləri öyrədirdi. Deyir kameraya baxıb gözünü qırpsan, o səmimiyyətsizlikdir. Obyektivə gözünü qırpmadan baxmalısan. Mənim bu biliyim, kamera qarşısındakı davranışım Fəxrəddin Manafovun əməyidir. Obyektiv qarşısında əsla doğrunu gizlədə bilmirsən. Mən həmin an bilirəm ki, bu insan səmimidir, yoxsa yox. 25 ildir kamera ilə işləyirəm, amma yenə də çəkinirəm. Çünki o, hər şeyi aydın göstərir”.

Qeyd edək ki, F.Manafov Z.Xanbabayevanın “Əlvida” adlı mahnısına çəkdirdiyi klipdə rol alıb.