Burak və Fəxriyyə Azərbaycana gəlirlər

Burak və Fəxriyyə Azərbaycana gəlirlər
2907 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyorlar Burak Özçivit və Fəxriyyə Evcən Bakıya gələcəklər.

Axşam.az-ın məlumatına görə, cütlük yeni çəkilən “Eşq sənə bənzər" filminin qala gecəsində iştirak edəcək. Bu haqda əməkdaşımızla söhbətində “AF Media”nın əməkdaşı Əli Fidan deyib. O, Nizami Kino Mərkəzində baş tutacaq gecədə ekran işinin yaradıcı heyətinin iştirak edəcəyini bildirib.

Qala gecəsi yanvarın 29-da gerçəkləşəcək.

Qeyd edək ki, filmin prodüseri aktyor Burak Özçivitin özü, rejissoru isə Tanər Elxandır.