Arda Turan iddialarla bağlı ilk dəfə danışdı

Arda Turan iddialarla bağlı ilk dəfə danışdı
2541 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Serenay Sarıkayanın onunla tanış olmaq istəyən futbolçu Arda Turana “yox” deməsinin səbəbi məlum olub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, “Gönül işləri” serialının ulduzu, aktrisa Sinəm Koballa eyni film agentliyində çalışan Serenayın ortaq dostlarının ona "Arda Sinəmə çox əziyyət verdi, səni də kədərləndirər" sözlərindən təsirləndiyi öyrənilib. Bu xəbərdarlıqdan sonra

A.Turanla tanış olmaqdan imtina edən S.Sarıkaya rəfiqələri vasitəsi ilə S.Kobala bu ismarışı göndərib:

"Ardayla aramızda heç bir şey yoxdur, ola da bilməz”.

Yayılan iddialardan sonra isə futbolçu “ Twitter” səhifəsində bunları yazıb:

“Bir az əməyə, ailəyə, işə hörmət edin. Üç gündən bir dünyanın ən əhəmiyyətli komandaları ilə mübarizə aparıram. Mən heç kimə ismarış göndərməmişəm. Köhnə fikirli adamam ki, dumanla, göyərçinlə kiməsə xəbər göndərim?”.