Həyat yoldaşı Günayla bağlı suallara cavab vermədi

Həyat yoldaşı Günayla bağlı suallara cavab vermədi
2134 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel alış-veriş mərkəzində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, son vaxtlar ayrılıq xəbərləri ilə gündəmə gələn Tolqa 2015-ci ildəki planlarından danışıb:

“Yeni il mənim üçün çox hərəkətli və bərəkətli olacaq. Bir çox film təklifi almışam. Fevralın 15-dən çəkilişlərə başlayacağıq”.

Müxbirlərin G.Musayevayla ayrılması ilə bağlı suallarına isə T.Karel “Şəxsi həyatım haqda danışmaq istəmirəm”, - deyə cavab verib.

Qeyd edək ki, Günay və Tolqa cütlüyünün Cahangir adında bir oğlu var.