Özcan Dənizdən yeni film - video

Özcan Dənizdən yeni film - video
3851 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Özcan Dəniz rejissorluq etdiyi "Ya sonra", "Evim sensin", "Su ve Ateş" filmləriylə 4 milyondan çox izləyici yığdıqdan sonra yeni filminin təqdimatına hazırlaşır.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Özcanın dördüncü filmi olan "Sevimli və təhlükəli" fevralın 6-da nümayişə girəcək. Bu filmin əvvəlkilərindən fərqi isə odur ki, müğənni filmdə aktyor kimi iştirak etmir. Baş rollarda Şükrü Özyıldız və Ayça Ayşin Turan çəkilən film haqqında Özcan Dəniz bunları deyib:

"Bu film standart romantik komediya deyil. Yeni ekran işimi bu kateqoriyaya aid etmək istəmədim. Çox zövqlü, coşqulu, amma eyni zamanda ürəklərə toxuna biləcək bir filmdir. Bu tərzdə, bu üslubda başqa film yoxdur".

Sənətçi filmin çəkilişlərində başlarına gələn maraqlı hadisələrdən də danışıb:

"Bazar səhnələrini çəkmək istəyəndə hər dəfə problem çıxırdı. Hər gün yağış yağdı, yağış yağmayan gün isə Ayşinin ayağı burxuldu. İşlərin tərs getdiyini görəndə o ana qədər çəkdiklərim, həyatım gözlərimin önündən bir film kimi keçdi. Sonra da, Şükrü özünü zədələdi".

Özcan filmin maraqlı alınması üçün maksimum əmək sərf etdiklərini qeyd edib.