Məşhur serialdan daha bir aktyor ayrılır - video

Məşhur serialdan daha bir aktyor ayrılır - video
5958 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin ATV telekanalının sevilən serialı "Kara Para Aşk"da bu həftə ayrılıq yaşanacaq.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, baş rollarını Tuba Büyüküstün, Engin Akyürek, Öykü Karayel və Erkan Canın paylaşdığı serialda "Bahar" xarakterini canlandıran Tuvana Türkay "ölərək" serialı tərk edəcək.

Tuvananın bir müddət öncə də serialdan ayrılacağı yayılsa da, doğru çıxmamışdı. Aktrisanın serialda onunla bir yerdə oynayan sevgilisi Engin Akyüreyin arxasıyca Romaya icazəsiz getdiyi xəbərı çıxsa da, layihə rəhbəri Tuvanaya icazə verdiyini açıqlayaraq söz-söhbətə son qoymuşdu.

Qeyd edək ki, bir neçə ay əvvəl aktrisa Nəbahət Çehrə də serialdan ayrılıb.