Hadisə məşhur mahnısına görə məhkəməyə verildi

Hadisə məşhur mahnısına görə məhkəməyə verildi
3790 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Hadisə “Aşk Kaç Beden Giyer” mahnısının bəstəkarı Ender Gündüzlü tərəfindən məhkəməyə verilib.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bəstəkar mahnısının rol aldığı reklamlarda icazəsiz istifadə etdiyi üçün müğənniyə 200 min lirəlik (70 min manat) təzminat davası açıb.

Lakin ərizəyə baxılaraq bəstəkarın iddiası rədd edilib. Məlum olub ki, "Reklamda başqa mahnıdan istifadə edilib, internetə yüklənən video isə kamera arxası çəkilişlərdir və onu kimin yaydığı məlum deyil".

Ender Gündüzlünün etirazını nəzərə alan hakim yenidən baxılması üçün məhkəməni təxirə salıb.