Atası Mətanətin verilişinə çıxan gənc oğlan vəfat edib - video

Atası Mətanətin verilişinə çıxan gənc oğlan vəfat edib - video
9069 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddət əvvəl Zaur Baxşəliyevin "Ümid var" verilişində haqqında danışılan 17 yaşlı Rəşad Yusifov vəfat edib.

Axşam.az-ın məlumatına görə, bir müddət öncə gənc oğlanı elə yaşadığı ünvanın yaxınlığında avtomobil vurmuşdu. Hadisə yerindən qaçan sürücü isə altı aydır ki, tapılmır. Rəşadın ailəsi "Ümid var" verilişi vasitəsilə həmin şəxsə müraciət edərək "Gəl çıx üzə, biz səndən şikayətçi olmayacayıq. Amma bizə kömək et" desə də müraciətin xeyri olmayıb.

Bir xəbər çıxmadığını görən tamaşaçılar özləri Rəşada sahib çıxıb, onun müalicəsi üçün pul toplayıblar. Bir dəfə əməliyyat olunan Rəşada ikinci əməliyyat lazım idi. Hər şeydən əli üzülən ata yenidən Mətanət Əliverdiyevanın aparıcılıq etdiyi "ATV Olay" vasitəsi ilə həmin şəxsə müraciət edib. Amma yenə də heç bir faydası olmayıb.

Vəziyyəti ağırlaşan Rəşad dünən dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Qeyd edək ki, videonu "Kanal Baku" yayıb.