Dünən Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan “Olur Olur” komediya filminin mətbuat üçün bağlı nümayişi keçirilib.
Axşam.az-ın məlumatına görə, rejissor Kerem Çakıroğlunun çəkdiyi filmdə baş qəhrəman Ali obrazını canlandıran aktyor Alper Kul tədbirin qonağı olub.
Filmdən qabaq aktyor tamaşaçılara avtoqraf verib. Nümayişdən sonra isə, o, jurnalistlərin suallarını cavablandırıb.
Filmin sujet xətti isə, sakit yaşam tərzi keçirən baş qəhrəman Alinin günlərin birində həyatının alt üst olması ilə başlayır. Buna səbəb illər öncə sevdiyi Azranın təsadüfən onun işlədiyi aptekə gəlməsidir. Ali yenidən Azranın diqqətini çəkməyə çalışsa da, ümidi boşa çıxır və çarəsizlikdən internetdən oxuduğu elanla bu məsələdə ona kömək etməyi vəd edənlərə müraciət edir.
Filmdə çəkilən aktyorlar arasında Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer ve Ali Kobanbay kimi məşhurlar yer alıb.
Foto: Rəşad ABBASOV