"Bakı vaxtı ilə" mərhum bəstəkara həsr olunacaq - fotolar

"Bakı vaxtı ilə" mərhum bəstəkara həsr olunacaq - fotolar
2533 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün ATV-də yayımlanacaq “Bakı vaxtı ilə” verilişi tanınmış bəstəkar, xalq artisti Oqtay Kazımiyə həsr olunub.

Axşam.az-ın məlumatına görə, müğənni Roza Zərgərlinin aparıcılığı ilə təqdim edilən proqramın qonaqları xalq artistləri Flora Kərimova, “Qaya” qrupunun bədii rəhbəri Rauf Babayev, dirijor Ağaverdi Paşayev və əməkdar artist Teymur Əmrah olacaq.

Qeyd edək ki, layihənin baş redaktoru Zabir Əliyev, redaktor İsa Şükürov, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur. Veriliş hər həftənin şənbə günü saat 23:00-da yayımlanır