“Namiqə qulaq asanda gülürəm” – Manana

“Namiqə qulaq asanda gülürəm” – Manana
4024 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Manana “Top kimi şou” nun qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Fərda Xudaverdiyev müğənnidən meyxana söyləməsini istəyib.

“Meyxana deyə bilərsinizmi?” sualına Manananın cavabı belə olub:

“Mən deyə bilmərəm, amma meyxananı sevirəm, Qulaq asmağı xoşlayıram. Ən çox da Namiqi (meyxanaçı Namiq Qaraçuxurlu – red.) dinləyirəm. Ona qulaq asanda gülürəm. Meyxanada elə sözlər olur ki, məni güldürür. Bir neçə gün əvvəl birlikdə verilişdə idik. Bir meyxana dedi, sözləri gülməli idi”.

“Bu ki, qalmaqaldır. Namiq o qədər gülməlidir” sualına isə ifaçı belə cavab verib:

“Bütün meyxanalarına yox, bəzilərinə gülürəm. Sözləri maraqlı olur”.