Mətanət İsgəndərli sürpriz hazırlayıb

Mətanət İsgəndərli sürpriz hazırlayıb
2183 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mətanət İsgəndərlinin yazdığı şeirə mahnı bəstələnib.

Axşam.az-ın məlumatına görə, müğənni bəstəni Yeni ildə səsləndirəcək. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə də bir çox sürpriz hazırladığını deyib:

“Məni sevənlər üçün bir mahnı sürprizim var. İfa edəcəyim bəstənin sözləri özümə məxsusdur. Bilirəm ki, bu pərəstişkarlarımın böyük marağına səbəb olacaq. Hit mahnılarımdan birinə klip çəkdirmək fikrindəyəm. Hələlik seçim edirəm”.

Əməkdar artist Yeni ili səhnədə qeyd edəcəyini bildirib:

“Çalışacağam ki, gecə saat 12-yə kimi evimdə ailəmlə bərabər olum, 12-dən sonra şou-proqramlarda çıxışlarım olacaq. Yanvarın 1-də isə bayramı Azərbaycanın bölgələrindən birində qeyd edəcəm”.

M.İsgəndərli pişiyindən də danışıb. O, evində saxladığı sevimli heyvanının qucağından yıxıldığını və ayağınının sındığını bildirib.