Soner Sarıkabadayı Röyanın konsertinə niyə gəlmədi?

Soner Sarıkabadayı Röyanın konsertinə niyə gəlmədi?
1348 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Soner Sarıkabadayı “Star life” verilişinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, S.Sarıkabadayı müğənni Röya Ayxanın onu konsertinə dəvət etdiyini bildirib:

“Azərbaycanda çox sevənim var. Hamısına böyük hörmət edirəm. Bu yaxınlarda Röya xanım məni konsertinə dəvət etdi. Getməyi çox istəyirdim. Amma mənim də Türkiyədə konsertlərim olduğu üçün qatıla bilmədim. Təşkilatçılardan dəvət gözləyirəm, tezliklə azəbaycanlı sevənlərimlə görüşmək istəyirəm”.

Qeyd edək ki, S.Sarıkabadayı Röya Ayxan üçün “Göndər” adlı mahnı yazıb.