Röya konsertindən danışdı: "Bəyənən də olacaq, bəyənməyən də..."

Röya konsertindən danışdı: "Bəyənən də olacaq, bəyənməyən də..."
1960 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya Ayxan ötən gün baş tutan konserti ilə bağlı təəssüratlarını bölüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi sosial şəbəkədə konsertdə qarşılaşdığı problemdən yazıb:

“Hamı deyir gözünə nə olub? Göz qələminə qarşı allergiyam var. Amma onsuz da olmur. Qadınlar məni başa düşərlər. Gözümdən dayanmadan su axır. Bu konserti bəyənən də olacaq, bəyənməyən də. Amma hərdən akustika və caz musiqisi insanı sakitləşdirir. Ana yemək bişirəndə övladlarının hamısı sevib yemir axı... Biri deyir ay ana, bu nədir bişirdin, mən ən yaxşısı kolbasa-çörək yeyim. Amma illər keçdikdən sonra sən o yemək üçün darıxırsan. Musiqi də belə bir şeydir. Onu bu gün eşidib, illər sonra ruhunla duya bilərsən. Ağıl dəryasıyam, gərək kitab yazım. Zarafat edirəm, artıq əvəzimə kitab yazmayın”.